Rusiyada matəm elan edildi
Apr 04, 2017 09:58 Asia/Baku
-
Rusiyada matəm elan edildi
Rusiya hökuməti Sankt Peterburqda terror aktının törədilməsi zamanı həlak olanların xatirəsinə ölkə səviyyəsində 3 gün matəm elan edib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiya hökuməti ümumi matəmin aprelin 4-dən başlanacağını bildirib.
Sankt Peterburqda bir metro stansiyasında törədilən terror aktı zamanı 10 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Hadisə metro stansiyasında qatar vaqonlarından birində 2 partlayışın törədilməsi ilə baş verib.