Rusiya və Suriyanın xarici işlər nazirlərinin telefon danışıqları olub
-
Rusiya və Suriyanın xarici işlər nazirlərinin telefon danışıqları olub
Rusiya və Suriyanın xarici işlər nazirləri Suriyadakı son durumu xüsusiylə bəzi qərb dövlətlərinin anti-Rusiya mövqelərini müzakirə ediblər.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən suriyalı həmkarı Vəlid Əl-Müəllim ilə telefon danışıqlarında Suriyanın şimal qərbində Xan Şeyxun bölgəsindəki son kimyəvi hadisəni və Suriyanın son durumunu müzakirə edib.
Rusiya və Suriya XİN başçıları həmçinin bu mövzunun BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə qoyulması mövzusunu da araşdırıblar.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriyanın Xan Şeyxun bölgəsinə kimyəvi hücumun araşdırılması üçün keçirdiyi dünənki iclas qərb ölkələrinin Suriya dövlətinə qarşı hazırladıqları layihə səsə qoyulmadan sona çatdı. Bu iclas Suriyadakı terrorçuların himayədarları olan Britaniya, Fransa və Amerikanın səyləri nəticəsində təşkil olunmuşdu.
Çərşənbə axşamı günü Suriyanın Xan Şeyxun bölgəsinə qarşı kimyəvi hücumda 100-dən çox adam ölüb 400 nəfər isə yaralanıb.
İraq və Suriyadakı terrorçu qruplar dəfələrlə bu ölkə xalqına qarşı qadağan edilmiş silahlar o cümlədən də kimyəvi silahdan istifadə ediblər.
Suriya dövləti 2014-cü ildə özünün kimyəvi silahlar anbarını BMT-nin və kimyəvi silahları qadağan edən təşkilatın nümayəndələrinə təhvil verdi.