Sankt-Peterburqda növbəti partlayış
https://azeri.sahartv.ir/news/dünya-i264800-sankt_peterburqda_növbəti_partlayış
Rusiya rəsmiləri Sankt-Peterburq şəhərində növbəti güclü partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 14:38 Asia/Baku
  • Sankt-Peterburqda növbəti partlayış
    Sankt-Peterburqda növbəti partlayış

Rusiya rəsmiləri Sankt-Peterburq şəhərində növbəti güclü partlayışın baş verməsindən xəbər veriblər.

Röytersin verdiyi məlumata görə, Rusiya rəsmiləri bildiriblər ki, bu gün Sankt-Peterburq şəhərində öncə partlayıcı maddələrin aşkar edilmiş olduğu bir məkanın yaxınlığında bir yaşayış binasında güclü partlayış baş verib. 

Rusiya rəsmilərinin dediklərinə görə, bu partlayışda kimsə xəsarət almayıb. 

Bazar ertəsi günü Sankt-Peterburq şəhərinin metro stansiyasında baş verən iki terrorçu partlayış nəticəsində 14 nəfər həlak olmuş 60 nəfər yaralanmışdı. 

Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.