Rusiya Təhlükəsizlik Şurası ABŞ-ın Suriyaya hücumu haqda mövqeyini bildirib
-
Rusiya Təhlükəsizlik Şurası ABŞ-ın Suriyaya hücumu haqda mövqeyini bildirib
Rusiya Milli Təhlükəsizlik Şurası ABŞ-ın Suriyaya hərbi hücumunu beynəlxalq qanunlara zidd hərəkət adlandırıb.
İRNA-nın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının fövqəladə iclası cümə günü bu öplkə prezidenti Vladimir Putinin iştirakı ilə keçirilib. İclasın əsas müzakirə predmeti ABŞ-ın Suriyaya raket hücumunun araşdırılması olub. İclasda Birləşmiş Ştatların Suriyaya hücumu təcavüzkarlıq və məntiqsiz hərəkət adlandırılıb.
Kreml sarayı bildirib: Bu iclasda Vaşinqtonun Suriyadakı hərəkəti beynəlxalq qanunlara zidd adlandırılıb.
Rusiya Milli Təhlükəsizlik Şurası həmçinin ABŞ-ın Suriyaya raket hücumunun mənfi nəticələri və terrorizmlə mübarizə üzrə kollektiv səylərə mənfi təsiri haqda nigaranlıq edib.
Rusiya Təhlükəsizlik Şurasının iclasında Suriya ordusunun terror qruplaşmaları əleyhinə hücumlarına dəstək üzrə Rusiyanın aeronavtika qüvvələrinin əməliyyatlarının davam etməsi ilə əlaqədar müxtəlif məsələlər də araşdırılıb.