İsveç paytaxtında yük maşını piyadaları vurdu; beş nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i264884-İsveç_paytaxtında_yük_maşını_piyadaları_vurdu_beş_nəfər_ölüb
İsveç polisi paytaxt Stokholmda yük maşınının piyadaları vurması nəticəsində beş nəfərin həlak olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 07, 2017 15:17 Asia/Baku
  • İsveç paytaxtında yük maşını piyadaları vurdu; beş nəfər ölüb
    İsveç paytaxtında yük maşını piyadaları vurdu; beş nəfər ölüb

İsveç polisi paytaxt Stokholmda yük maşınının piyadaları vurması nəticəsində beş nəfərin həlak olduğunu bildirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, İsveç polisi cümə günü bildirib: Paytaxt Stokholm şəhərində yük maşınının piyadaları vurması nəticəsində bir neçə piyada da yaralanıb.

Polisin bildirdiyinə görə, bir yük maşını piyadaları vurub. Polis məmurları hadisə yerinə gəliblər və vətəndaşların hadisə yerinə yaxınlaşmasına icazə vermirlər.

İsveç baş naziri Stefan Löfven də bu hadisənin terror aktı olduğunu deyib: Hadisə ilə əlaqədar polis bir nəfəri saxlayıb.