ABŞ-ın Suriyaya qarşı raket hücumu barədə Lavrov-Çavuşoğlu telefon söhbəti
https://azeri.sahartv.ir/news/dünya-i264954-abŞ_ın_suriyaya_qarşı_raket_hücumu_barədə_lavrov_Çavuşoğlu_telefon_söhbəti
Rusiyanın xarici işlər naziri türkiyəli həmkarı ilə telefon söhbətində ABŞ-ın Suriyaya qarşı raket hücumunu qəbuledilməz adlandırıb və bildirib ki, bu hücum regionun böhranlı durumunu daha da kəskinləşdiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2017 04:30 Asia/Baku
  • ABŞ-ın Suriyaya qarşı raket hücumu barədə Lavrov-Çavuşoğlu telefon söhbəti
    ABŞ-ın Suriyaya qarşı raket hücumu barədə Lavrov-Çavuşoğlu telefon söhbəti

Rusiyanın xarici işlər naziri türkiyəli həmkarı ilə telefon söhbətində ABŞ-ın Suriyaya qarşı raket hücumunu qəbuledilməz adlandırıb və bildirib ki, bu hücum regionun böhranlı durumunu daha da kəskinləşdiribdir.

IRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən axşam çağı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbətində deyib: Vaşinqtonun Suriyaya qarşı raket hücumu Suriya böhranının sülh yolu ilə həlli üzrə səyləri hədərə verdi.

Sergey Lavrov və i Mövlud Çavuşoğlu bu telefon söhbətində Suriyada sülhə nail olmanın yeganə çarəsi kimi suriyalı-suriyalı danışıqların davam etdirilməsini vurğulayıblar.

Belə bir halda, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-ın Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına qarşı raket hücumlarına dəstək verərək, bu addımı müsbət, amma yetərsiz adlandırıb.

Amerika ordusunun Suriyanın Hums şəhərində yerləşən Şuəyrat hava bazasına qarşı raket hücumlarında dörd uşaq daxil olmaqla doqquz sivil həlak olub, yeddi nəfər də yaralanıbdır.