Amerikalı senator: İŞİD Suriyadakı kimyəvi hücumda məsuliyyət daşıyır
-
Amerikalı senator: İŞİD Suriyadakı kimyəvi hücumda məsuliyyət daşıyır
ABŞ-ın Virciniya ştatının senatoru İŞİD-in Suriyadakı kimyəvi hücumda məsuliyyət daşıdığını bildirib.
WINA radiosu saytının məlumatına görə, Virciniya ştatının senatoru Riçard Blak twitter-də bir müraciət yayaraq, Amerika prezidenti Donald Trampa xitab edib. O, bu müraciətdə Suriyanın prezidenti Bəşşar Əsədi məntiqli bir şəxs adlandırıb və belə deyib: Ağlasığmaz bir məsələdir ki, o, kimyəvi hücuma əl atmış və dünya xalqlarının diqqətini mənfi surətdə özünə cəlb etmiş olsun.
O, əlavə edib: Dəməşq qüvvələri aşkar şəkildə Suriya vətəndaş müharibəsinin qalibidirlər.
Riçard Blak sonra deyib: Amerika Suriyada savaş aparmaqla Bəşşar Əsədi hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir.
Bu amerikalı senator 2016-cı ildə Əsədi himayə istiqamətində üç gün Suriyaya səfər etdi və onu terrorçuların Suriyaya yiyələnməsinə mane olmuş yeganə amil adlandırdı. Blak bu səfərdə Suriyanın prezidenti Bəşşar Əsədlə də görüşdü.
Çərşənbə günü Suriyanın İdlib vilayətinin cənubunda yerləşən Xan Şiyxun məntəqəsinə qarşı kimyəvi hücumda yüzdən çox nəfər ölüb və təqribən 400 nəfər də yaralanıbdır.