Rusiya Koreya yarımadası haqda ABŞ-a xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i265162-rusiya_koreya_yarımadası_haqda_abŞ_a_xəbərdarlıq_edib
Rusiya Federasiya Şurasının Müdafiə Məsələləri Komissiyasının sədri ABŞ-ın dəniz qoşunları eskadrasının Koreya yarımadasına göndərilməsinin nəticələri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2017 14:19 Asia/Baku
  • Rusiya Koreya yarımadası haqda ABŞ-a xəbərdarlıq edib
    Rusiya Koreya yarımadası haqda ABŞ-a xəbərdarlıq edib

Rusiya Federasiya Şurasının Müdafiə Məsələləri Komissiyasının sədri ABŞ-ın dəniz qoşunları eskadrasının Koreya yarımadasına göndərilməsinin nəticələri barədə xəbərdarlıq edib.

IRNA-nın məlumatına görə, Viktor Ozerov deyib: Amerika eskadrasının Koreya yarımadasına göndərilməsi Şimali Koreyanı düşünülməmiş addımlar atmağa təhrik edə bilər.

Viktor Ozerov sonra deyib: ABŞ-ın dəniz qoşunlarının bölmələri beynəlxalq müqavilələri pozmamaq təqdirində dünyanın hər bir nöqtəsində iştirak edə bilərlər, amma təhlükəsizlik nöqteyi-nəzərindən, Amerika eskadrasının Koreya yarımadası sahillərində iştirakı Şimali Koreya ilə müzakirələrin başlanması şəraitinin təmini prosesinə olduqca zərərli olacaqdır.