ABŞ prezidentinin qızı Suriyanı raketlə atəşə tutmaq üçün atasını qane edib
-
ABŞ prezidentinin qızı Suriyanı raketlə atəşə tutmaq üçün atasını qane edib
ABŞ prezidentinin qızı İvanka Tramp Suriyaya raket hücumu üçün atasını qane edib.
İndependent qəzeti yazıb: ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp bu ölkənin Suriyaya raket hücumundan sonra, Twitter səhivəsində atasının qərarını müdafiə edib. Halbuki Donald Tramp bu qərarına görə, güclü reaksiyalarla üzləşib.
Britaniyanın ABŞ-dakı səfiri Kim Duraş İvanka Tramp tərəfindən göndərilən Tvit-ə işarə edib: Suriyadan göndərilən kadrlarda qəzəb və naümidlik müşahidə olunur. Onun səbəbi ədalətsiz kimyəvi hücum olmuşdur.
ABŞ ötən cümə günü 59 Tamahauk raketi ilə Suriyanın Homs vilayətinin yaxınlığında əl-Şəirat hərbi hava bazasını atəşə tutdu.
Bu hücum ABŞ ordusunun iki hərbi gəmisindən edilib. Həmin gəmilər Aralıq Dənizindədir və Suriyanın İdlib vilayətində Xan Şeyxun şəhərciyində kimyəvi hücum bəhanəsi ilə edilib.
Halbuki Suriya hökuməti və ordusu kimyəvi silahlardan istənilən istifadəni təkzib edib. Suriya ordusu Homs vilayətinin şərqində İŞİD terror qruplaşması və şimalda isə Ən-Nüsrə Cəbhəsi terror qruplaşması ilə mübarizə aparır.