G7 iclasının iştirakçıları Yer kürəsinin qızması barədə razılığa gələ bilmədilər
-
G7 iclasının iştirakçıları Yer kürəsinin qızması barədə razılığa gələ bilmədilər
G7 qrupuna üzv ölkələrin enerji nazirləri ABŞ-ın pozuculuqlarına görə, iqlim dəyişiklikləri və Yer kürəsinin qızması məsələsi barədə razılığa gələ bilməyiblər.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda deyib: G7 qrupuna üzv ölkələrin enerji nazirlərinin iclasında heç bir ortaq məxrəc əldə olunmayıb və iclas nəticəsiz başa çatıb.
Karlo Kalenda həmçinin deyib: ABŞ heyəti bir daha iqlim dəyişiklikləri ilə bağlı anlaşma sənədini imzalamaqdan çəkinib və buna görə də Roma iclası nəticəsiz başa çatıb.
ABŞ prezidenti Donald Tramp seçki rəqabətləri zamanı iqlim dəyişiklikləri barədə də qalmaqal yaradan vədlər vermiş və Amerikanın iqlim dəyişiklikləri ilə mübarizəyə ayırdığı pulların qarşısını alacağını bildirmişdi.
G7 qrupuna üzv ölkələrin yəni, İtaliya, Fransa, Almaniya, Yaponiya, Britaniya, Amerika və Kanadanın enerji nazirləri bazar ertəsi günü İtaliyanın paytaxtı Romada bir araya gəlmişdilər.