Apr 14, 2017 13:20 Asia/Baku
  • Amerikada Trampın miqrant siyasətiniə qarşı etiraz aksiyası
    Amerikada Trampın miqrant siyasətiniə qarşı etiraz aksiyası

Nyu-York şəhərində ABŞ prezidentinin anti-miqrant siyasətlərinə qarşı etiraz aksiyasında 25 nəfər polis tərəfindən həbs edilib.

İRNA-nın verdiyi məlumata görə, dünən Nyu-Yorkun Manhatten ərazisində Tramp qülləsi qarşısında keçirilən bu aksiyada Trampın irqçi və anti-miqrant siyasətlərinə qarşı şuarlar səsləndirilib. Aksiyaçılarla polis qüvvələri arasında qarşıdurma baş verib. 

Tələbələrin də iştirak etdiyi bu aksiyada bəzi nümayişçilər Tramp qülləsinə daxil olmağa cəhd göstərərkən polis tərəfindən saxlanılıblar. 

Trampın anti-miqrant fərmanından sonra Amerikanın müxtəlif şəhərləri hər həftə etiraz aksiyalarının şahididir. 

Son rəy sorğularının nəticələrinə görə, Amerikada əhalinin 60 faizi yeni prezidentin fəaliyyəti ilə razılaşmır. 

ABŞ prezidenti Donald Tramp son vaxtlar yeni bir fərman imzalayaraq İran, Suriya, Sudan, Somali, Liviya və Yəmən vətəndaşlarına Amerikaya səfər üçün 90 günlük qadağa tətbiq edib. 

ABŞ prezidenti ötən il 27 yanvarda da oxşar fərman imzalamışdı ancaq Vaşiinqton ştatının Siatel şəhərinin Federal hakimi Ceyms Robart tərəfindən onun fərmanı ləğv olundu. 

Trampın əvvəlki və indiki fərmanları dünya miqyasında etirazlara səbəb olub və bir çox ölkələr Amerika prezidentinin qərarlarının beynəlxalq qanunlara zidd olduğunu, ayrı-seçkiliyə yol açdığını bildirirlər. 

Teqlər