Snovden: Amerika Əfqanıstanda öz qazdığı tuneli hədəfə alıb
-
Snovden: Amerika Əfqanıstanda öz qazdığı tuneli hədəfə alıb
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Əfqanıstanda ABŞ tərəfindən "bombaların anası" ilə hədəfə alınan tunelin elə Amerika tərəfindən və bu ölkənin maliyə hesabına çəkildiyini bildirib.
İRNA-nın məlumatına görə, Edvard Snovden 2005-ci ildə Nyu-York Tamys qəzeti tərəfindən dərc olunmuş bir məqaləyə istinadla yazıb: Amerika Əfqanıstanda bu tunelin çəkilməsinə 319 milyon dollar vəsait xərcləmişdi.
ABŞ-ın Müdafiə Nazirliyinin baş qərargahı olan Pentaqon cümə axşamı bildirib ki, Əfqanıstanda İŞİD terrorçularına qarşı əməliyyat çərçivəsində "bombaların anası" adlı ən iri qeyri-nüvə bombası ilə Əfqanıstanın Nəngərhar vilayətində yerləşən Açin məntəqəsinə yerli vaxtla saat 19:30-da zərbə endirib.
Snovden 2013-cü ildə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin Havay adalarında yerləşən ofisindəki iş yerini tərk edərək, Honq Konqa qaçıb. O, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin minlərlə məxfi sənədini jurnalistlərin ixtiyarına verib.
O, pasportunun ABŞ tərəfindən etibarsız elan edilməsinin ardınca Rusiyaya gedərək, müvəqqəti sığınacaq alıb.