Apr 15, 2017 14:06 Asia/Baku
  • C.Koreya və Yaponiya hazır vəziyyətə gəliblər

ABŞ ilə Şimali Koreya arasındakı gərginliyin şiddətlənməsi və onların bir-birilərini hücumla hədələmələrinin ardınca Yaponiya və Cənubi Koreya vətəndaşlarını evakuasiya etmək üçün hazır vəziyyətə gəliblər.

Sputnik xəbər agentliyinin məlumatına görə, Şimali Koreyanın qonşuluğunda yerləşən Yaponiya və Cənubi Koreya Pxenyanın ehtimal olunan hər cür hərəkətilə mübarizə üçün tədbirlər nəzərdə tutublar.

Bu məlumata görə, Cənubi Koreyanın şəhər müdafiə qüvvələri lazım olan təqdirdə vətəndaşları təhlükəsiz məntəqələrə köçürmək üçün hazır vəziyyətə gətiriliblər.

Şimali Koreyanın xarici işlər nazirinin müavini Han Sun Rivel deyib ki, Pxenyan Amerikanın önləyici hücumu ilə qarşılaşmada heç bir vəchlə sakit durmayacaqdır.

Şimali Koreya ordusunun baş qərargahı da dünən bir bəyanatda bildirmişdi ki, Vaşinqtonun Şimali Koreyaya hücum edəcəyi təqdirdə, Amerikanın Cənubi Koreyadakı hərbi bazaları və Cənubi Koreyanın Seulda yerləşən prezident iqamətgahını hədəfə alacaq.

Şimali Koreya ABŞ-ın hədələrinə məhəl qoymadan bu gün yeni bir raketi sınaqdan çıxarıbdır.

Həmçinin Şimali Koreya bu gün bu ölkənin paytaxtı Pxenyanda keçirilən geniş hərbi paradda ilk dəfə olaraq, sualtı qayıqlardan atıla bilinən ballistik raketlərini nümayiş etdiribdir.

Rəsmi Pxenyan dəfələrlə vurğulayıbdır ki, Birləşmiş Ştatların və onun müttəfiqlərinin Şimali Koreyaya qarşı təhdidlərini davam etdirəcəkləri zamanadək bu ölkə də özünün önləyici hücum bacarığı və hərbi qabiliyyətlərini yüksəltməkdə davam edəcəkdir.

Teqlər