Kərzay: Əfqanıstanı amerikanların cinayətlərindən xilas edəcəyəm
Əfqanıstanın sabiq prezidenti vurğulayıb ki, təklikdə Amerikanın qarşısında duracaq və öz ölkəsini amerikanların cinayətlərindən xilas edəcək.
IRNA-nın məlumatına görə, Hamed Kərzay bu gün Kabildə keçirilən iclasda əlavə edib ki, bu gündən etibarən, daha Əfqanıstan milli birlik dövlətini rəsmən tanımır, zira Amerikanın qeyri-atom bombasının Nəngərhar vilayətində sınaqdan keçirilməsi bu ölkəyə qarşı təhqir idi.
Kərzay Amerikanın on min kiloluq bombasının Açin rayonuna atılmasını pisləyib və Əfqanıstan xalqından istəyibdir ki, amerikanların Əfqanıstandakı cinayətləri qarşısında dayansın.
Əfqanıstanın sabiq prezidenti deyib ki, Amerikanın bu hərəkətindən irəli gələn xətər və təsirlər bu ölkə xalqını on illərlə narahat edəcəkdir.
ABŞ ordusu cümə axşamı günü axşam öz qeyri-atom bombasını Açin şəhəri ətrafında sınaqdan keçirdi ki, bu zaman onlarla nəfər həlak oldu.
"Bombaların anası" ləqəbini almış bu bomba on bir ton TNT-yə malikdir.