Əfqanıstanın müdafiə naziri amerikalı generalla birgə konfransda iştirak etməyib
https://azeri.sahartv.ir/news/dünya-i265820-Əfqanıstanın_müdafiə_naziri_amerikalı_generalla_birgə_konfransda_iştirak_etməyib
Əfqanıstanın müdafiə naziri öncəki elana rəğmən, bu ölkədə yerləşən amerikalı hərbçilərin komandanı ilə birgə konfransda iştirak etməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2017 13:22 Asia/Baku
  • Əfqanıstanın müdafiə naziri amerikalı generalla birgə konfransda iştirak etməyib

Əfqanıstanın müdafiə naziri öncəki elana rəğmən, bu ölkədə yerləşən amerikalı hərbçilərin komandanı ilə birgə konfransda iştirak etməyib.

Təsnim xəbər agentliyinin məlumatına görə, bu müştərək konfransda qərar üzrə general Jon Nikelson Amerikanın ən böyük qeyri-atom bombasından Əfqanıstanın Açın şəhərində istifadə olunması haqda izahat verməli idi.

Belə bir halda, Əfqanıstan mediaları bildirmişdilər ki, bu ölkənin müdafiə naziri general Həbibi qərar üzrə dünən Kabildə general Jon Nikelson ilə müştərək mətbuat konfransı keçirməli idi.

General Həbibi ABŞ ordusunun cümə axşamı günü Nəngərhar əyalətinin Açin şəhəri yaxınlığında ən böyük qeyri-atom bombasını sınaqdan keçirməsinə etiraz olaraq, bu konfransda iştirak etmədi. Həmin sınaq zamanı 36 əfqan həlak olmuşdu.

"Bombaların anası" ləqəbini almış bu bomba on bir ton TNT-yə malikdir.