Kaliforniyada ABŞ prezidentinin tərəfdarları və müxalifləri aksiya keçiriblər
-
Kaliforniyada ABŞ prezidentinin tərəfdarları və müxalifləri aksiya keçiriblər
Donald Trampın müxalifləri və tərəfdarları Kaliforniya Ştatında aksiya keçiriblər. Bu aksiya tərəflər arasında toqquşmanın baş verməsi ilə nəticələnib.
PressTV-nin verdiyi məlumata görə, Kaliforniyanın Berkli şəhərində Trampın tərəfdarları və müxalifləri tərəfindən keçirilən aksiya, qarşıdurma və toqquşmaya səbəb olub. Belə ki, Trampın tərəfdarları söz azadlığından danışdıqları zaman, müxalifləri prezident əleyhinə şüarlar verməyə başlayıblar.
Yerli KİV-in verdiyi məlumata görə, Donald Trampın tərəfdarları və müxalifləri arasında çıxan qarşıdurmada 21 nəfər saxlanılıb.
Berkli şəhər polis idarəsinin sözçüsü Bayrot Vaytın dediyinə görə, prezidentin tərəfdarları və müxalifləri arasında çıxan qarşıdurmada biri polis olmaqla 10 nəfər yaralanıb.
Trampın tərəfdarları və müxaliflərinin aksiyası vergi bəyannaməsinin təqdim edilməsi üçün təyin edilmiş son möhlət olaraq 15 Aprel tarixi ilə bir vaxtda keçirilib.
Minlərlə amerikalı şənbə günü aksiya keçirərək, Trampın vergi bəyannaməsi təqdim etməsini tələb edib.