Apr 16, 2017 20:13 Asia/Baku
  • Türkiyədə referendum başa çatdı, səslərin sayılmasına başlanıldı
    Türkiyədə referendum başa çatdı, səslərin sayılmasına başlanıldı

İlkin nəticələrə görə "bəli" deyənlərin sayı çoxdur.

Türkiyədə gözlənilən gün gəlib çatdı. Bu gün səhər saatlarından etibarən başlanan referendumun sonunda xalq konstitusiya dəyişikliyinin lehinə səs vermiş olarsa, bu, 1923-cü ildən bəri Türkiyənin siyasi quruluşunda ən böyük dəyişikliyə səbəb olacaq. Ölkənin siyasi quruluşu parlament üsul idarəsindən prezident üsul idarəsinə dəyişəcək.

 

İRİB-nin müxbiri:

 Referendum öncəsi çəkişmələr başa çatdı. Və indi son sözü Türkiyə xalqı deməlidir. Bu gün səhər saatlarından başlanan referendumun sonunda Türkiyədə siyasi quruluşun parlament sistemindən prezident üsul idarəsinə dəyişdirilməsi ilə bağlı bütün suallar öz cavabını tapmış olacaq.

 

Türkiyə vətəndaşı

Ölkənin gələcəyi üçün “yox” deyəcəyəm. Ölkənin başında duran şəxsə bu qədər böyük səlahiyyətlərin verilməsi təhlükəlidir. Dünya təcrübəsi bunu deməyə əsas verir.

 

Türkiyə vətəndaşı:

Müxaliflərin əksinə olaraq, böyük bir dəyişikliyin baş verəcəyini düşünmürəm, Əslində, bu dəyişikliyin məqsədi Türkiyəni daha güclü etməkdir.

 

İRİB-nn müxbiri:

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da referendum öncəsi çıxışlarında konstitusiyaya dəyişikliyin edilməsini ölkədə sabitliyin bərqərarı üçün zəruri adlandırmışdı. Bunun müqabilində müxalifət konstitusiyaya ediləcək dəyişikliyin Türkiyəni demokratik bir quruluşdan uzaqlaşdıracağına inanır və buna qarşı çıxır.

Analitiklər isə nəticəsindən asılı olmayaraq, referendumdan sonrakı dövrdə Türkiyə daxilində siyasi partiyalar arasındakı ixtilafların daha da dərinləşəcəyi və Türkiyə - Avropa əlaqələrinin təsir altına düşəcəyi qənaətindədirlər.

 

 

Teqlər