Apr 17, 2017 11:25 Asia/Baku
  • Baltimorda ABŞ müsəlmanlarının böyük toplantısı keçirilib
    Baltimorda ABŞ müsəlmanlarının böyük toplantısı keçirilib

ABŞ Müsəlmanlarının 42-ci illik toplantısı 20 min amerikalı müsəlmanın iştirakı ilə Baltimor şəhərində keçirilib.

Quran Beynəlxalq İnformasiya Agentliyi İKNA-nın məlumatına görə, ABŞ Şimal İslam İdarəsi bildirib: "Real uğur üçün Səy; Musa (ə), İsa (ə) və Məhəmmədin (s.ə.s) ilahi müraciəti" mövzusu ilə ABŞ müsəlmanlarının üçgünlük toplantısı Meriland ştatının Baltimor şəhərində keçirilib. 

ABŞ Şimal İslam İdarəsi bildirib: İslamofobiya ilə mübarizə, ABŞ prezidenti Donald Trampın dövründə müsəlmanların hüququnun müdafiəsi kimi məsələlərlə əlaqədar çoxlu iclaslar keçirilib və müsəlmanlar əleyhinə nifrətdən yaranan cinayətlərin artması və Donald Trampın islam ölkələri vətəndaşlarının ABŞ-a girişini qadağan etməsindən yaranan problemlər araşdırılıb. 

ABŞ müsəlmanları bu toplantıda da öz təcrübələri, problemləri və rəylərini bəyan ediblər. 

ABŞ Şimal İslam İdarəsi xatırladıb: Səfillərə yardım üçün 750 paket və 1000 isti yemək paketi koordinasiya ilə vətəndaşlar arasında paylanıb. 

Bu üçgünlük toplantı bazar günü başa çatıb. 

Teqlər