Apr 17, 2017 20:03 Asia/Baku
  • Merkel Türkiyə hökuməti və partiyalarına səsləndi
    Merkel Türkiyə hökuməti və partiyalarına səsləndi

Almaniya kansleri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan səlahiyyətlərini artıran Konstitusiyaya düzəliş üzrə referendumda qələbə çaldıqdan sonra, bu ölkədə siyasi və ictimai qüvvələrin hamısı ilə hörmətlə danışıqlar aparmaq ardınca olmasını istəyib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Almaniya kansleri Angella Merkel bazar ertəsi günü bu ölkə xarici işlər naziri Ziqmar Qabriellə birgə mətbuat konfransında bildirib: Almaniya öz konstitusiyası haqda qərar vermək üçün türklərin hüququna hörmətlə yanaşır. 

Almaniya kansleri əlavə edib: Referendumun nəticələrində yaxın rəqəm Türkiyə cəmiyyətində iki dəstənin yaranmasına səbəb olacaq və Ərdoğan Türkiyənin bütün siyasi və ictimai qrupları ilə danışıqları öz gündəminə salmalıdır. 

Ərdoğan Türkiyədə referendum öncəsi fəaliyyətlərində Almaniya və Hollandiyanı təbliğat toplantılarının keçirilməsinin qarşısını aldığı üçün tənqid atəşinə tutmuş və onları faşizmdə suçlamışdı. 

Avropa Şurası və ATƏT-in beynəlxalq müşahidəçiləri Türkiyədəki referendum haqda öz ilkin məlumatlarını elan edəcəklər. 

Türkiyədə keçirilən referendumun nəticələrinə əsasən, 51,41% "bəli" səsini verib. Lakin müxaliflər bu seçkilərdə saxtakarlığın olduğunu və səslərin yenidən sayılmasını tələb edirlər. 

Teqlər