Çin və Rusiyanın hərbi gəmiləri ABŞ gəmilərinə doğru ezam olunub
-
Çin və Rusiyanın hərbi gəmiləri ABŞ gəmilərinə doğru ezam olunub
Rusiya və Çin öz hərbi gəmilərini Şimali Koreya sahillərində ABŞ gəmilərinə doğru ezam etməklə Birləşmiş Ştatların gəmilərinin hərəkətlərini nəzarətə götürüblər.
Yaponiya dairələrinin bildirdiyinə görə, Çin Şimali Koreya üzərində böhranın baş verməsinin qarşısını almaq üçün Rusiyadan kömək istəyib.
Məlumata görə, Çin və Rusiya ABŞ və Şimali Koreya arasında gərginliyin artmasının qarşısını almaq və məlumatlar toplamaq üçün öz gəmilərini ABŞ gəmilərinə doğru ezam ediblər.
Bununla əlaqədar ingilis dilli Japan News qəzeti yazıb: Çin və Rusiya gəmiləri bölgənin dəniz və hava zolağında xəbərdarlıq və nəzarət fəaliyyətlərini gücləndirirlər.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Karl Vinson, Ronald Reyqan və Nimits üç təyyarədaşıyan gəminin Koreya yarımadası sahillərinə ezam olunmasına göstəriş vermişdi. Bu isə Şimali Koreya tərəfindən təhrikedici hərəkət olaraq qiymətləndirilmişdir.