ABŞ Şimali Koreyanı hücum ilə hədələyib
ABŞ-ın vitse-prezidenti Şimali Koreyanı hədələyib ki, Pxenyanın hər cür hücumu qətiyyətlə cavablandırılacaqdır.
Röyters-in məlumatına görə, Mayk Pens(Mike Pence) bu gün Yaponiyanın Yokosuka estakadcasında yerləşən "Ronald Reyqan" aviadaşıyıcısının daxilindən bildiribdir ki, Amerika Şimali Koreyanın təhdidləri qarşısında geri çəkilməyəcək və Pxenyan qarşısında bütün seçimlər masa üzərindədir.
Mayk Pens Cənubi Koreyaya səfərinin ilk mərhələsindən sonra dünən Tokioya daxil olubdur ki, Yaponiyanın baş naziri Şinzo Abe ilə ikitərəfli görüşlərdə ona Birləşmiş Ştatların bu ölkəyə olan öhdəlikləri barədə əminlik vermiş olsun.
Amerika hökuməti ötən həftə Koreya yarımadasına üç aviadaşıyıcı göndərdi. Belə bir halda, "Ronald Reyqan" aviadaşıyıcısı öz istiqamətini dəyişdi ki, bu istiqamət dəyişmə Ağ Evi çətin vəziyyətə salıbdır.
ABŞ-ın vitse-prezidenti həmçinin deyib ki, Amerika Asiya və Sakit Okean bölgələrindəki iştirakını gücləndirəcəkdir.
Şimali Koreya Cənubi Koreya-ABŞ birgə manevrini bir təhdid sayaraq, bildirib ki, Birləşmiş Ştatların bölgədəki hərbi iştirakının davam edəcəyi zamanadək Koreya yarımadası dinclik üzü görməyəcəkdir.