Fransada atışma; Hökumət fövqəladə iclas keçirdi
Cümə axşamı iki polis zabitinin həlak olması və bir turistin yaralanması ilə nəticələnən Parisin Şanzeliza küçəsində silahlı insident ardınca Fransa hökuməti fövqəladə iclas keçirib.
İRİB-in məlumatına görə, Fransa prezidenti Fransua Olland bu iclasdan sonra Şanzeliza küçəsində silahlı insident haqda danışacaq.
İŞİD terror qruplaşması bir bəyanatda bu silahlı insidentin məsuliyyətini üzərinə götürüb.
Fransa polisi silahlı insidenti törədənlərdən birinin öldürüldüyünü bildirib.
Hadisədən sonra Fransa polis helikopterləri Paris şəhərinin səmasında reydlər keçirir.
Zəfər Tağı və Konkord meydanına bitişən bütün küçələr polis tərəfindən mühasirəyə alınıb.
Fransa polisi vətəndaşları Şanzeliza küçəsinə girməməyə çağırıb.
Fransa 2015-ci ildən analoqu olmayan terror aktları ilə üzləşib.
13 noyabr 2015-ci ildə Paris və 14 iyul 2016-cı il Nis terror aktlarında 210-dan çox vətəndaş həlak olub. İŞİD terror qruplaşması bu iki terraktın məsuliyyətini üzərinə götürüb.
Qərb ölkələri, o cümlədən Fransa Yaxın Şərq, xüsusilə Suriyada yerləşən terrorçulara kömək etmək üçün heç bir səyi əsirgəməyiblər. Hal-hazırda İŞİD terror qruplaşmasının Avropa ölkələri öz ölkələrinə qayıtmaqda və terror aktları törətməkdədirlər.