Apr 21, 2017 20:20 Asia/Baku
  • Fransa hökuməti təhlükəsizliyi qaytarmağa çalışır
    Fransa hökuməti təhlükəsizliyi qaytarmağa çalışır

Fransada prezident seçkiləri astanasında Parisdə terror aktı ardınca, bu ölkənin baş naziri hamını daha məsuliyyətli davranmağa çağırıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Fransa baş naziri Bernard Kazeneu cümə günü Elisey sarayında prezident Fransua Ollandın iştirakı ilə müdafiə iclasından sonra, prezident seçkilərinə toxunub: Ölkədə bu önəmli demokratik prosesin təşkil olunmasına heç nə mane olmamalıdır.

Fransa baş naziri deyib: Parisin mərkəzində silahlı insidentdən sonra seçkilərin təhlükəsizliyinin vəziyyəti haqda nigaranlıq artıb və hökumət tam hazır vəziyyəti yaradaraq 50 min polis və təhlükəsizlik əməkdaşı ilə seçkilərin təhlükəsizliyinin təmin olunması öhdəliyini götürüb.

Ötən gecə Parisin mərkəzində Şanzeliza küçəsində polis əməkdaşlarına silahlı hücum nəticəsində iki polis əməkdaşı həlak olub, üç nəfər də yaralanıb.

Fransada prezident seçkiləri gələn bazar günü 23 apreldə keçiriləcək.

Teqlər