Almaniyanın kəşfiyyat orqanları İnterpol-a qarşı casusluq edirlər
https://azeri.sahartv.ir/news/dünya-i266754-almaniyanın_kəşfiyyat_orqanları_İnterpol_a_qarşı_casusluq_edirlər
Almaniyanın kəşfiyyat orqanları beynəlxalq polis olan İnterpol-a qarşı casusluqla məşğuldurlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2017 05:13 Asia/Baku
  • Almaniyanın kəşfiyyat orqanları İnterpol-a qarşı casusluq edirlər
    Almaniyanın kəşfiyyat orqanları İnterpol-a qarşı casusluq edirlər

Almaniyanın kəşfiyyat orqanları beynəlxalq polis olan İnterpol-a qarşı casusluqla məşğuldurlar.

PressTV-nin verdiyi məlumata görə, Şpigel jurnalı ən son sayında işfa edərək, bildirib ki, Almaniyanın BND adlı kəşfiyyat orqanları uzun illərdir ki, beynəlxalq polis İnterpol-a qarşı casusluq edir. Bu məlumata görə, Almaniya kəşfiyyatı Avstriya, Yunanıstan və Amerika da daxil olmaqla onlarla ölkənin polis mərkəzlərinə qarşı da casusluqla məşğuldur.

Şpigel-in yazdığına görə, BMD həmçinin, baş qərargahı Haaqada yerləşən Avropa Polisi olan "Europol"a qarşı da uzun illərdir ki, casusluq edir.

ABŞ-ın casusluq orqanlarının Almaniyaya qarşı casusluq fəaliyyətlərinin xüsusi ilə də kansler Angela Merkelin telefon danışıqlarının dinlənilməsi faktının ifşa edilməsinin ardınca Almaniya parlamenti BMD-nin fəaliyyətini ciddi nəzarət altına alıb.