Avropa Parlamenti Marin Lö Penin toxunulmazlığını ləğv edə bilər
-
Marine Le Pen
Avropa Parlamentinin rəsmiləri bildiriblər ki, bu parlamentin bu gün Fransada prezident seçkilərinin radikal namizədi Marin Lö Penin toxunulmazlığının korrupsiya ittihamına görə ləğvi prossesinə start verəcəyi ehtimal olunur.
Marin Lö Pen Avropa İttifaqının büdcəsindən su-istifadə etməkdə ittiham olunur.
İRİB-in verdiyi məlumata görə, Fransa hakimləri avropalı deputatlardan Avropa Birliyi qanunvericilik şurasının da üzvü olan Fransanın Milli Cəbhə Partiyasının namizədinin toxunulmazlığını ləğv etmələrini istəyiblər. Ona görə ki, onun bu birliyin büdcəsindən öz partiyasında müavinlərinin maaşlarını ödəmək üçün istifadə etməsi barədə təhqiqatlar davam etdirilə bilsin.
AB-nin iki rəsmisi bildirib ki, Marin Lö Penin toxunulmazlığının ləğv edilməsi prossesi bu gün axşam keçiriləcək iclasda elan edilə bilər.
Fransada prezident seçkilərinin nəticələrinə əsəsən Hərəkətdə Partiyasının lideri Emmanuel Makron səslərin 23,8 faizi, ifrat sağçı partiyasının lideri Marin Lö Pen isə 21.6 faizini qazanaraq prezident seçkilərinin ikinci dövrünə vəsiqə qazanmış olublar.