Apr 26, 2017 09:37 Asia/Baku
  • Türkiyənin AB-yə qoşulması barədə referendum keçiriləcək
    Türkiyənin AB-yə qoşulması barədə referendum keçiriləcək

Türkiyənin baş naziri deyib: Türkiyənin Avropa Birliyinə qoşulması barədə yaxın zamanlarda referendum keçiriləcək.

Fars informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Binəli Yıldırım dünən bir mətbuat konfransında etdiyi çıxışında deyib: Avropa Birliyi Türkiyə barədə öz baxışını aydınlaşdırmalı və Türkiyənin baxışlarını da dinləməlidir. 

Binəli Yıldırım Türkiyənin AB-dən tələblərinin aydın olduğunu bildirərək bu birlikdən Türkiyənin ona qoşulması yaxud bu tələbin ləğv edilməsi barədə öz qərarını dəqiqləşdirməsini istəyib. 

Türkiyənin baş naziri həmçinin Avropa Parlament Assambleyası Şurasının Türkiyənin adını monitorinq siyahısına keçirmək qərarının siyasi xarakter daşıdığını deyib. 

Avropa Palement Assambleysası Şurası 2004-cü ildən bəri, Türkiyədə siyasi prossesləri nəzarətdə saxlayır. Bu avropalı qurum özünün bu hərəkətini müxaliflərə qarşı repressiyadan və dövlət tərəfindən insan haqlarının pozulması hallarından nigaran qalması ilə izah edir. 

Türkiyənin də üzvü olduğunu şura özünün dünənki iclasında 113 leyinə və 45 əleyhinə səslə Türkiyəni yenidən monitorinq siyahısına daxil etdi. Şuranın bu qərarı Türkiyənin AB-yə qoşulması üzrə müzakirələrə ciddi təsir edə bilər. 

Türkiyənin AB-yə qoşulması mövzusu 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra baş verən hadisələrə, o cümlədən ölkədə fövqəladə vəziyyətin elan edilməsi və konstitusiyaya dəyişiklik üzrə referendumum keçirilməsinə görə qaranlıq durumdadır. 

Teqlər