Apr 26, 2017 13:16 Asia/Baku
  • Yaponlar Amerikanın hərbi fəaliyyətlərinə etiraz ediblər
    Yaponlar Amerikanın hərbi fəaliyyətlərinə etiraz ediblər

Amerikanın Yaponiyanın Okinava adasında yeni hərbi baza yaratmaq planına başlaması ilə eyni zamanda bu adanın əhalisi aksiya keçirərək amerikan hərbçilərin bu adada fəaliyyətinə son qoyulmasını istəyiblər.

İRNA-nın verdiyi məlumata görə, Okinava sakinləri Yaponiya hökumətinin ABŞ-ın bu adada yeni hərbi baza layihəsini müsbət qarşılaması və onu Tokyo-Vaşiniqton əlaqələrində mühüm addım hesab etməsindən sonra aksiyaya təşəbbüs göstəriblər. 

Dünən və bu gün Okinavanın Henoko sahilində dalğa maneələrinin tikintisinə başlanarkən bir qrup sakin Amerikanın hərbi bazasının qarşısında oturaq aksiya keçirib. 

Yaponiyanın NHK televiziyası isə bildirib ki, Yaponiya Müdafiə Nazirliyinin regionlar üzrə idarəsi Amerika hərbçilərinin bazası yaxınlığında dalğa maneələrinin inşasına başlayıb. 

2006-cı ildə uzun müddət davam edən müzakirələrdən sonra nəhayət Amerika və Yaponiya  ABŞ-ın hərbi bazasının Okinavanın çox sakinli hissəsindən, sakinləri daha az olan hissəyə köçürülməsi barədə razılığa gəldilər. 

Amerika II Dünya Müharibəsindən 1972-ci ilədək Okinavanı öz nəzarətində saxlayırdı və bu ada hələ də Amerikanın Yaponiyada fəaliyyət göstərən 47 minlik hərbçilərinin fəaliyyət mərkəzlərindən biridir. 

Teqlər