Putin terrorizm ilə mübarizəyə təkid etdi
-
Putin terrorizm ilə mübarizəyə təkid etdi
Rusiya prezidenti terrorizm ilə mübarizədə vahid və mütəşəkkil mövqenin sərgilənməsini istəyib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü 6-cı Beynəlxalq Moskva Təhlükəsizlik Konfransında deyib: Yaxın Şərq və Afrikanın şimalında terrorizm ilə mübarizənin aparılması mütəşəkkil bir baxışa ehtiyaclıdır.
Vladimir Putin həmçinin deyib: Moskva Təhlükəsizlik Konfransında konstruktiv və azad mövzuların müzakirə edilməsi iştirakçılar arasında fikir mübadiləsi və əməkdaşlıqlrın genişləndirilməsi üçün yaxşı fürsət yaratmış olacaq.
Rusiya prezidenti daha sonra vurğulayıb: Bu günkü səmərəli və birbaşa danışıqlar terrorizm ilə mübarizədə ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində zəruridir.
6-cı Beynəlxalq Moskva Təhlükəsizlik Konfransı İran İslam Respublikası daxil olmaqla 80 ölkədən gəlmiş nümayəndə heyətlərinin iştirakı ilə çərşənbə günü Moskvada işə başlayıb.