ABŞ hökuməti vergiləri azaltmağa çalışır
Apr 27, 2017 12:22 Asia/Baku
ABŞ hökuməti vergilərin xeyli miqdarda azaldılması üçün yeni çalışmalara başlayıb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp çərşənbə günü gəlir vergilərinin azaldılması üzrə proqramlarını açıqlayaraq, vergilərin 35%-dən 15%-ə qədər azaldılması niyyətində olduğunu bildirib.
ABŞ-ın xəzinədarlıq naziri Stivn Mnuçin də bu barədə deyib: ABŞ-ın maliyyə sistemindəki bu geniş dəyişiklik Konqresdə ciddi çəkişmələrə səbəb olacaq.
Vergilərin azaldılması layihəsinin icra edilməsi ilə Birləşmiş Ştatların büdcə kəsrinin və borclarının artacağı gözlənilir.
Hal hazırda ABŞ-ın dövlət borclarının miqdarı 20 trilyon dollara yaxındır.