NATO baş katibi Türkiyəyə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i267280-nato_baş_katibi_türkiyəyə_xəbərdarlıq_etdi
NATO baş katibi Türkiyədə növbəti həbs dalğası ilə bir vaxtda bu ölkə hökumətinə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2017 14:33 Asia/Baku
  • NATO baş katibi Türkiyəyə xəbərdarlıq etdi
    NATO baş katibi Türkiyəyə xəbərdarlıq etdi

NATO baş katibi Türkiyədə növbəti həbs dalğası ilə bir vaxtda bu ölkə hökumətinə xəbərdarlıq edib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Yiens Stoltenberq cümə axşamı deyib: Türkiyə hökuməti qanunun aliliyinə hörmət etməlidir.

Yiens Stoltenberq əlavə edib: Türkiyə özünü müdafiə haqqına və dövlət çevrilişinə uğursuz cəhdin arxasında duranları cəzalandırmaq haqqına malikdir. Amma, bu, beynəlxalq qanunlara uyğun şəkildə olmalıdır.