Apr 29, 2017 14:05 Asia/Baku
  • 
Amerikan hərbçilər Suriya-Türkiyə sərhədlərində yerləşdirilir
    Amerikan hərbçilər Suriya-Türkiyə sərhədlərində yerləşdirilir

Amerikanın Müdafiə Nazirliyi bu ölkə hərbçilərinin Türkiyə-Suriya sərhədlərinə göndərilməsindən xəbər verib.

PressTv-nin verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi Pentaqon iddia edib ki, bu təşəbbüsdə məqsəd Türkiyə və Suriya hərbçiləri arasında toqquşmaların baş verməsinə mane olmaqdan ibarətdir. 

100 ədəd  silah daşıyan yük maşını, tank və zirehli texnika İraq və Suriya arasında yerləşən Simalka keçidini keçərək Suriyanın şimalına daxil olub. Kürdlərdən ibarət olan xalq müdafiə bölmələrinin komandanlarınan biri deyib ki, amerikan hərbçilər Suriya-Türkiyə sərhədlərində vəziyyətə nəzarət edəcəklər. Yerli mənbələrin bildirdiklərinə görə, Amerikanın silah-sursatının bir hissəsi kürdlərin ixtiyarına veriləcək. 

Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatları barədə Ankara ilə Vaşinqton arasında ixtilaf mövcuddur. 

2017-ci il mart ayında da 200 amerikan dəniz piyadası Suriyanın şimalına göndərilmişdi. 

Türkiyə də 2016-cı ildə Suriya sərhədləri boyu tank və zirehli texnika yerləşdirərək bu ölkəyə qarşı hərbi hava müdaxilələrinə başladı.

Teqlər