Apr 29, 2017 16:29 Asia/Baku
  • AB Türkiyənin üzvlüyünə şərt qoyub
    AB Türkiyənin üzvlüyünə şərt qoyub

Avropa Birliyi bildirib ki, Türkiyənin bu birliyə üzvlüyü barədə müzakirələr Ankaranın rəftarından asılıdır.

Asseoşieyted Press-in verdiyi məlumata görə, AB xarici siyasət üzrə koordinatoru Federika Moqerini deyib: Avropa ölkələri nazirlərinin Türkiyənin bu birliyə üzvlüyü məsələsinə tərəddüd etmələrinə rəğmən müzakirə qapısı hələ də açıqdır. 

Moqerini deyib: Hər şey rəsmi Ankaradan asılıdır və Türkiyə insan haqları və qanunların icrası kimi mövzularda Brüssel üçün xoş xəbərlərə malik olmalıdır. 

Türkiyə çoxdandır AB-yə üzv olmaya səy göstərir tərəflər arasında bu barədə müzakirələr 2005-ci ildən başlanmışdır.

Avropa Birliyi indiyədək Türkiyənin bu birliyə üzvlüyü ilə əlaqədar 35 maddədən 16 maddəni fəallaşdırıb amma sadəcə bu maddələrdən biri barədə müzakirələr yekunlaşmışdır. 

son həftələr ərzində bəzi Avropa ölkələrinin Türkiyədə konstitusiyaya dəyişiklik üzrə referendum öncəsi kampaniyalar üçün Türkiyə dövlətinin xeyrinə olan təbliğatlara qadağa qoymalarının ardınca Türkiyə ilə AB arasında əlaqələr gərginləşib. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Almaniya və bəzi digər Avropa ölkələrinə qarşı sərt tənqidləri tərəflər arasındakı əlaqələrə kölgə salıb. 

Teqlər