Santiyaqoda silahlı insident
https://azeri.sahartv.ir/news/dünya-i267656-santiyaqoda_silahlı_insident
ABŞ-ın Kaliforniya ştatında, Santiyaqo şəhərində çıxan silahlı insident zamanı bir neçə nəfər yaralanıb. Hadisəni törədən şəxs isə öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2017 08:31 Asia/Baku
  • Santiyaqoda silahlı insident
    Santiyaqoda silahlı insident

ABŞ-ın Kaliforniya ştatında, Santiyaqo şəhərində çıxan silahlı insident zamanı bir neçə nəfər yaralanıb. Hadisəni törədən şəxs isə öldürülüb.

Los Anceles Tayms qəzetinin yazdığına görə, Santiyaqo polisi bildirib ki, bazar günü Yuniyor Sitidə bir yaşayış kompleksində çıxan silahlı insident zamanı 8 nəfər yaralanıb. Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən vurularaq, zərərsizləşdirilib.

Santiyaqo şəhər polisi bəzi yaralıların ümumi vəziyyətinin ağır olduğunu bildirərək, deyib: Polis əməkdaşları silahlı şəxsi hədəfə almaq üçün helikopterdən istifadə ediblər.

Hər il Amerikada silahlı insidentlər nəticəsində minlərlə nəfər həyatını itirir. Buna baxmayaraq, iri silah şirkətlərinin ABŞ Konqresi və hökumətindəki lobbi təşkilatları silah satışı, saxlanılması və gəzdirilməsi barədə qanunların sərtləşdirilməsinə icazə vermirlər.

Statistik məlumatlara görə, Amerikada cinayət halları digər inkişaf etmiş ölkələr ilə müqayisədə 20 dəfə çoxdur.