May 03, 2017 20:02 Asia/Baku
  • Rusiya və İran Ali Milli Təhlükəsizlik Şurası katibləri arasında telefon danışığı
    Rusiya və İran Ali Milli Təhlükəsizlik Şurası katibləri arasında telefon danışığı

İranın Ali Milli Təhlükəsizlik Şurası katibi Suriya xalqının öz taleyini azad şəkildə təyin edə bilməsi istəyinə hörmətlə yanaşmağı və bu ölkədə cərəyan edən siyasi müzakirələrə kənar təzyiqlərin edilməsindən çəkinməyi zəruri adlandırıb.

Əli Şəmxani çərşənbə günü Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev ilə telefon əlaqəsi saxlayaraq, suriyalı silahlı müxalifət ilə Suriya dövləti arasında başlanmış siyasi müzakirələrin davamına təkid edib. 

Şəmxani növbəti Astana müzakirələrinin başlanmasına habelə, Suriyada atəşkəsin bərqərar edilməsi və onun möhkəmləndirilməsi prosesinə işarə edərək, deyib: Uğurlu Astana müzakirələri təcrübəsi sübut edib ki, regional əməkdaşlığa söykənən həll yolları Suriyadakı təhlükəsizlik böhranına son qoyulmasında təsirli ola bilər. 

Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev də bu telefon görüşməsində siyasi həll yollarına nail olmaq üçün İran ilə əməkdaşlıqların davam etdirilməsini zəruri adlandırıb və deyib: Bəzi regiondan kənar dövlətlər Suriyanın ərazi bütövlüyü və milli hakimiyyətinin qorunması məsələsinə əhəmiyyət verməyərək, Suriyanın parçalanması planlarını icra etməyə çalışırlar. 

Petruşev əlavə edib: İran və Rusiya Suriyada atəşkəsin davam etməsi üçün münaqişə tərəflərinə təsir göstərməli və bunun üçün də öz potensiallarından istifadə etməlidirlər. 

Teqlər