May 07, 2017 09:22 Asia/Baku
  • Bu gün Fransada prezident seçkilərinin ikinci raundu keçirilir
    Bu gün Fransada prezident seçkilərinin ikinci raundu keçirilir

Bu gün səhər Fransada prezident seçkilərinin ikinci raundu başlanır.

Fransalı seçicilər Fransa prezident seçkilərinin ikinci raundunda seçkilərin birinci raundunda ən çox səslər toplamış müstəqil namizəd Emmanuel Makron ilə Milli Cəbhə partiyasının ifratçı sağçı namizədi Marin Lupendən birini seçəcəklər.

Son rəy sorğularına görə, əksər fransalılar müstəqil namizəd Emmanuel Makronun bu ölkənin gələcək prezidenti olmasını istəyirlər.

Aprelin 23-də keçirilmiş Fransa prezident seçkilərinin birinci raundunda Makron və Lupen müvafiq olaraq, səslərin 24 və 21 faizini əldə edərək, seçkilərin ikinci raunduna vəsiqə qazanmışdılar.

Terror hücumları qorxusu Fransa prezident seçkilərində təhlükəsizlik tədbirlərini özünün ən yüksək səviyyəsinə çatdırıbdır. Təqribən əlli min polis və ordu qüvvəsi Fransada yerləşən 69 seçki dairəsinin təhlükəsizliyini təmin edəcəkdir.

Teqlər