May 07, 2017 20:57 Asia/Baku
  • ABŞ və sionist rejim hərbi manevr keçirəcəklər

ABŞ və sionist rejim ordularının hava qüvvələri gələn həftə işğal olunmuş Fələstində müştərək manevr keçirəcəklər.

Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist Haarets qəzeti yazıb: ABŞ və sionist rejim ordularının birgə manevrinin keçirilməsi məqsədilə Amerikanın bir neçə ədəd F-15 qırıcısı son zamanlar işğal olunmuş Fələstinə daxil olub.

ABŞ və sionist rejim ordularının hava qüvvələrinin birgə manevrləri ötən bir neçə ay ərzində artıbdır.

Sionist rejimin regiondakı ekspansiyalarının yeni mərhələsi ilə bir zamanda ABŞ-sionist rejim münasibətləri də genişlənibdir ki, bu məsələ sionist rejimin regiondakı avantüraları və zorakılıqlarının artırılması məqsədilə ABŞ-ın həmin rejimə yaşıl işıq göstərməsi mənasına gəlir.

Teqlər