Makron: "Dünyada Fransanın mənafeyini müdafiə edəcəyəm"
-
Makron: "Dünyada Fransanın mənafeyini müdafiə edəcəyəm"
Fransanın yeni prezidenti seçkilərdə qalib gəldikdən sonra ilk çıxışında vəd edib ki, prezidentliyi dövründə dünyada ölkəsinin mənafeyini müdafiə edəcək.
France 24 televiziyasının məlumatına görə, Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron ötən gecə tərəfdarları qarşısında az gəlirli kütlənin dəstəklənməsi, vətəndaşlar üçün iş və təhlükəsizliyin təmin olunmasını vurğulayıb: Fransanın prezidenti olduğum dövrdə dünyada ölkənin mənafeyini qoruyacağam.
Fransa Daxili İşlər Nazirliyi ötən gecə bildirib: Makron düzgün səslərin 66,6%-ni qazanaraq rəsmən bu ölkənin yeni prezidenti seçilib.
Fransa Daxili İşlər Nazirliyi səslərin 11,5% boş və ya korlanmış olub.
Fransanın ən gənc prezidenti sayılan 39 yaşlı Emmanuel Makron 2-ci tur seçkilərdə qalib gəldikdən sonra bu ölkəni təhdidlər qarşısında qoruyacağını və ölkə xalqının birliyini təmin edəcəyini vəd edib.
Makron ötən gecə radikal rəqibi Marin Lö Pen qarşısında qələbəsi müəyyənləşdikdən sorna tərəfdarları qarşısında deyib: "Biz qorxuya təslim olmayacağıq, biz təfriqəyə təslim olmayacağıq, mən təvazö və qüdrətlə sizə xidmət edəcəyəm. Mən Respublika, Azadlıq, Bərabərlik və Qardaşlıq prinsiplərinə sadiq qalaraq sizə xidmət edəcəyəm. Mənə etimad etdiyiniz üçün sizə sadiq qalacağam. Bizim vəzifəmiz böyükdür. Sabahdan real və güclü əksəriyyəti yaratmağa ehtiyaclıyıq. Bu əksəriyyət dəyişikliyi yarada bilər, ölkənin ümid etdiyi və layiq olduğu dəyişikliklər".
Lö Pen Fransa prezident seçkilərində məğlub olduqdan sonra tərəfdarları qarşısında Makronun böyük problemlər qarşısında uğur qazanacağına ümid bəslədiyini deyib. O həmçinin xatırladıb: Milli Cəbhə partiyası özünü yenidən bərpa etməlidir.
Lö Pen bu partiyanın dərin dəyişikliyinə başlayacağını vəd edib.