Cənubi Koreada seçkilərə start verilib
https://azeri.sahartv.ir/news/dünya-i268578-cənubi_koreada_seçkilərə_start_verilib
Konstitusiya məhkəməsinin qərarı əsasında Park Geon Hi hökumətinin korrupsiya ittihamı ilə kənarlaşdırılmasının ardınca bu gün Cənubi Koreada vaxtından əvvəl prezident seçkiləri keçirilməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2017 05:26 Asia/Baku
  • Cənubi Koreada seçkilərə start verilib
    Cənubi Koreada seçkilərə start verilib

Konstitusiya məhkəməsinin qərarı əsasında Park Geon Hi hökumətinin korrupsiya ittihamı ilə kənarlaşdırılmasının ardınca bu gün Cənubi Koreada vaxtından əvvəl prezident seçkiləri keçirilməkdədir.

İRNA-nın verdiyi məlumata görə, artıq bir aydır təbliğat kampaniyalarına start vermiş namizədlər dünən təbliğata son qoymuşlar. 

Cənubi Koreada prezident seçkiləri bir mərhələlidir və səslərin nisbi əksəriyyətini əldə edən namizəd qalib gəlir. 

Bu dəfəki prezident seçkilərində əhali üçün önəmli olan iqtisadi problemlər, Amerika ilə hərbi ittifaq məsələsi, Amerikanın "TAD" raket sisteminin C.Koreada yerləşdirilməsi və Şimali Korea ilə qarşıdurma mövzusudur.

Yayılan məlumatlara görə, Cənubi Koreanın yeni prezidenti sabah bəlli olacaq.