Mun Çje İn Cənubi Koreya prezidenti oldu
-
Mun Çje İn Cənubi Koreya prezidenti oldu
Mun Çje İn Cənubi Koreyanın yeni prezidenti kimi and içib. O ABŞ-ın raket əleyhinə müdafiə sistemi TAD-ın Cənubi Koreyada yerləşdirilməsinin əleyhinədir və Şimali Koreya ilə əlaqələrin qurulması üçün diplomatik missiyadan istifadə edilməsini istəyir.
Cənubi Koreyanın yeni prezidenti Mun Çje İn çərşənbə günü bu ölkədə prezident seçkilərində qalib gəldikdən sonra deyib: Cənubi Koreya vətəndaşlarını birləşdirəcək və onu dəstəkləməyən vətəndaşları da müdafiə edəcək və dəstəkləyəcək.
Ötən gün Cənubi Koreya prezident seçkilərində səs çoxluğu ilə qalib gələn Mun çərşənbə günü andiçmə mərasimində deyib: Tad raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi haqda bu sistemi gətirən ABŞ-la və onun yerləşdirilməsinə qarşı olan Çinlə müzakirə aparacaq.
Cənubi Koreyanın yeni prezidenti and içdikdən sonra deyib: Bütün ölkə vətəndaşlarının prezidentidir.
Cənubi Koreyanın yeni prezidenti öz andiçmə mərasimində deyib: Münasib şərait yarandığı halda Şimali Koreyaya səfər edəck.
Cənubi Koreya xalqının seçkilərdə iştirak etməklə böyük qələbəyə imza atdığını deyən Mun Çje İn əlavə edib: Vətəndaşlar bu addımı ilə vahid xalqı təşkil edəcəklər ki, onda prinsiplər və məntiq hakim olacaq.
Cənubi Koreyanın yeni prezidenti deyib ki, yalnız vətəndaşları düşünür və ən düzgün yolu gedəcək.
Bu arada ABŞ-ın Vaşinqton Post qəzeti şimal qonşusu ilə anlaşma haqda Cənubi Koreyanın yeni prezidentinin rəylərinə toxunaraq yazıb: Bu məsələ ehtimal üzrə Vaşinqtonla Seul arasındakı əlaqələrdə gərginliyi artıracaq.
Cənubi Koreyanın Milli Seçki Komissiyası bildirib: Mun Çje İn bu ölkə prezident seçkilərində koreyalı seçicilərin 40,1% səsini qazanıb.
Mun Çje İn Par Geon Hayı əvəz edəcək.