ABŞ vətəndaşları Trampa qarşı aksiya keçiriblər
Amerika xalqından yüzlərlə nəfər bu ölkə prezidentinin federal təhqiqat bürosunun rəisini kənarlaşdırmasına etiraz edərək, aksiya keçirib və prezidentin impiçment olunmasını istəyib.
Təsnim xəbər agentliyinin məlumatına görə, dünən yüzlərlə amerikalı Amerika Federal Təhqiqat Bürosunun rəisi Ceyms Komininin vəzifəsindən kənarlaşdırılmasına etiraz olaraq, Ağ Ev qarşısında aksiya keçirib və bu ölkə prezidentinin impiçment olunmasını istəyib.
Amerikalı qəzetlər Ceyms Komininin vəzifəsindən kənarlaşdırılmasının əsas amilini onun Trampın seçki qərargahı üzvləri və müşavirləri ilə Rusiya hökuməti arasında ehtimal olunan əlaqələr ətrafında təhqiqata dair nəzərləri adlandırıblar.
Belə bir halda, etirazçılar ABŞ hökumətindən istəyiblər ki, təhqiqatlar üçün müstəqil bir prokuror təyin etsin.
ABŞ prezidenti Donald Tramp bu həftə gözlənilmədən Amerika Federal Təhqiqat Bürosunun rəisi Ceyms Kominin vəzifəsindən kənarlaşdırılması haqda göstəriş verdi.