Çin və C. Koreya prezidentləri telefonla danışıblar
May 11, 2017 20:56 Asia/Baku
Çin prezidenti Cənubi Koreyanın prezidentilə telefon söhbətində deyib ki, Şimali Koreyanın nüvə və raket məsələsi müzakirə yolu ilə həllediləsidir.
Si Tszin Pin "Mun Çyen İn" ilə telefon söhbətində vurğulayıb: Pekin daim Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsinə sadiqdir və Şimali Koreyanın nüvə məsələsi müzakirə yolu ilə həll olunmalıdır, zira bu, bütün tərəflərin xeyrinə olacaq.
Cənubi Koreyanın yeni prezidenti də dünən andiçmə mərasimindən sonrakı ilk çıxışında bildirib ki, Koreya yarımadasındakı təhlükəsizlik nigarançılıqlarını aradan götürmək üçün addım atacaqdır.