Almaniya Əfqanıstandakı hərbi iştirak səviyyəsini artırmaq istəmir
https://azeri.sahartv.ir/news/dünya-i268940-almaniya_Əfqanıstandakı_hərbi_iştirak_səviyyəsini_artırmaq_istəmir
Almaniya kansleri ölkəsinin Əfqanıstandakı hərbi iştirak səviyyəsinin artırılmasıilə bağlı NATO-nun istəyi ilə müxalifət edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 12, 2017 11:10 Asia/Baku
  • Almaniya Əfqanıstandakı hərbi iştirak səviyyəsini artırmaq istəmir
    Almaniya Əfqanıstandakı hərbi iştirak səviyyəsini artırmaq istəmir

Almaniya kansleri ölkəsinin Əfqanıstandakı hərbi iştirak səviyyəsinin artırılmasıilə bağlı NATO-nun istəyi ilə müxalifət edib.

Sputnik-in verdiyi məlumata görə, Angela Merkel cümə axşamı NATO-nun baş katibi Yiens Stoltenberq ilə birgə mətbuat konfransında deyib: Almaniya Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi hərbi əməliyyatlardakı iştirak səviyyəsini artırmaq niyyətində deyil.

A.Merkel həmçinin, bu mətbuat konfransında Almaniyanın Əfqanıstandakı hərbi əməliyyatın davam etməsi ilə bağlı xidmətlərini son dərəcə önəmli və həssas adlandırıb.

Əfqanıstan xalqı xarici qüvvələrin varlığını ölkədə gərginliyə səbəb olan başlıca amil hesab edir.