May 13, 2017 12:59 Asia/Baku
  • Portuqaliya parlamenti fələstinli əsirlərin aksiyasını dəstəkləyib

Portuqaliya parlamenti dünən sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlərin aclıq aksiyasına dəstək üzrə layihənin ilkin mətnini əksəriyyət səslə qəbul edib.

Portuqaliya parlamenti fələstinli əsirlərlə həmrəylik layihəsinin ilkin mətnini qəbul etdikdən sonra bir bəyanatda Portuqaliyanın, təkcə özlərinin insani və qanuni hüquqlarının bərpasını istəyən fələstinli əsirləri və onların aclıq aksiyasını himayə etdiyini vurğulayıb.

Portuqaliya parlamenti bu bəyanatda belə qeyd edib: Portuqaliya Fələstin xalqının qanuni hüquqlarına hörmət və sionist rejimin qəsbkarlığına son qoymaq barədə olan BMT-nin bütün qətnamələrinə sədaqət vacibliyini vurğulayıb.

Fələstinli əsirlər "Azadlıq və ləyaqət!" şüarı ilə aprelin 17-dən bəri aclıq aksiyası keçirirlər. Bu aksiyada məqsəd, sionist rejimin irqçilik siyasət və rəftarlarına etirazdır.

Teqlər