May 14, 2017 09:52 Asia/Baku
  • İtaliya vətəndaşları G-7-yə etiraz etdi
    İtaliya vətəndaşları G-7-yə etiraz etdi

İtaliya vətəndaşları G-7 qrupuna üzv ölkələrin maliyyə nazirləri və bank rəhbərlərinin iclasına qarşı irimiqyaslı etiraz aksiyası keçiriblər.

Press TV-nin məlumatına görə, aksiya iştirakçıları G-7 qrupuna üzv dünyanın 7 sənaye ölkəsinin üzvlərini ölkələrdə ictimai bərabərsizlik və yoxsulluğun artmasının səbəbkarı adlandırıblar. 

Bu aksiya İtaliyanın Bari şəhərində G-7 qrupunun iclası ilə eyni zamanda baş tutub. 

Əksəriyyətini tələbələr və ticarət birliklərinin nümayəndələri təşkil edən aksiyaçılar həmçinin qloballaşma prosesinə qarşı çıxdıqlarını bildiriblər. 

İtaliya, Almaniya, ABŞ, İngiltərə, Fransa, Yaponiya və Kanadanın iqtisadiyyat nazirlərinin iclası 3 gün müddətinə İtaliyanın dövrü rəhbərliyi ilə bu ölkənin Bari şəhərində güclü təhlükəsizlik tədbirləri altında keçirilib. 

G-7 qrupuna üzv ölkələrin dövlət başçılarının sammiti də 26-27 mayda Sisil adalarında Taormina şəhərində keçiriləcək. 

Teqlər