Britaniya vətəndaşları miqrantların saxlanıldığı mərkəzin qarşısında aksiya keçirib
May 14, 2017 10:31 Asia/Baku
-
Britaniya vətəndaşları miqrantların saxlanıldığı mərkəzin qarşısında aksiya keçirib
Britaniyalı fəallar bu ölkədə miqrantların saxlanılması və həbs olunmasına etiraz olaraq aksiya keçiriblər.
Press TV-nin məlumatına görə, yüzlərlə britaniyalı fəal Yarls Wood miqrantların saxlanıldığı mərkəzlərin birinin qarşısına toplaşaraq bu mərkəzin fəaliyyətini dayandırması və miqrantların azad edilməsini istəyib.
Bildirilir ki, təxminən 400 miqrant Yarls Wood mərkəzində saxlanılır və onların çoxu öz ölkələrinə qaytarılacaq.
Etirazçılar həmçinin yazılı parçalar daşıyıblar. Parçalarda bu təcridxananın fəaliyyətini dayandırması və bu məhbusların öz ölkələrinə qaytarılması qarşısında müqavimətə dair şüarlar yazılıb.
Britaniya miqrantların həbs olunmasına görə ən çox halın qeydə alındığı ölkələrdən biridir.