Şimali Koreyanın yeni ballistik raket sınağı keçirməsi təsdiqlənib
Şimali Koreya bazar ertəsi günü quru-quru orta radiuslu ballistik raketin yeni növünü uğurla sınaqdan keçirdiyini təsdiqləyib.
Yunhap İnformasiya Agentliyinin məlumatına görə, bazar günü Şimali Koreya lideri Kim Jonq Unun iştirakı ilə keçirilən Huasunq-12 raketinin sınağı ABŞ ərazisi və Passifik bölgəsində bu ölkənin əməliyyat çevrəsini Pxenyanın raketlərinin hədəfinə çevirməsinə dair xəbərdarlıq idi.
Şimali Koreya lideri bu raket sınağı ilə ABŞ-a Pxenyanın intiqam xarakterli hücumlar üçün bütün güc vasitələrinə malik olduğunu əks etdirib.
Məlumata görə, sınaqdan keçirilən 2111 kilometrdən yuxarı yüksəkliyə çatıb və 787 km radiusda uçub.
ABŞ bazar günü Şimali Koreyanın yeni ballistik raket sınağından sonra Pxenyan əleyhinə sanksiyaların sərtləşdirilməsini istəyib.
İndiyə qədər ABŞ və BMT Təhlükəsizlik Şurası bir neçə mərhələdə Şimali Koreya əleyhinə sanksiya tətbiq etməklə bu ölkənin nüvə və raket ambisiyalarının qarşısını almaq üzrə səylərə kömək edə bilməmişdir.
Tramp Şimali Koreyanı hərbi vasitə ilə hədələyib və bir müddət öncə Koreya yarımadası sularına doğru bir qrup dəniz piyadası ezam edib.
Vaşinqton Şimali Koreyanın hərbi və nüvə sınaqlarını dayandırmasını istəyir. Lakin Pxenyan dəfələrlə bildirib ki, ABŞ və müttəfiqləri Şimali Koreya əleyhinə hədələrini davam etdirdikləri zamana qədər, bu ölkə də önləyici hücum və hərbi potensiallarını gücləndirməyi davam etdirəcək.