Yeni İpək Yolu yoldadır
-
Yeni İpək Yolu yoldadır
"Bir Qurşaq, bir yol" Beynəlxalq Konfransı 2 gündür ki, Pekində keçirilməkdədir. "Bir Qurşaq, bir yol" Beynəlxalq Konfransında dünyanın 100-dən çox ölkəsinin yüksək səviyyəli rəsmiləri iştirak edir. "Bir Qurşaq, bir yol" konfransı Yeni İpək Yolunun infrastrukturu ardıncadır.
Ötən gün "Bir Qurşaq, bir yol" adlı Beynəlxalq İpək YOlu Əməkdaşlıq Konfransının ilk günü idi. Bu konfransda İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya da iştirak edir. Konfrans Çin Xalq Respublikasının prezidenti Şi Cin Pinqin çıxışı ilə öz işinə başladı.
İran "Bir Qurşaq, bir yol" iclasını müsbət qarşılayaraq ölkələr arasında bağlılıq və həmrəyliyin gücləndirilməsi üçün bu iclası müsbət təklif hesab edir.
"Bir Qurşaq, bir yol" Beynəlxalq Konfransında dünyanın 100-dən çox ölkəsinin yüksək səviyyəli rəsmisi iştirak edir.
Çin Xalq Respublikası prezidenti Şi Cin Pinq etdiyi çıxışında deyib ki, dünya iqtisadiyyatının inkişafı yeni mühərrik qüvvəsi, hərtərəfli və bərabər mənafeni tələb edir və çox gəlirli və az gəlirli kütlələr arasında məsafə azalmalıdır.
O həmçinin vəd edib ki, Pekin Yeni İpək Yolu layihəsi üçün 124 milyard dollar vəsait ayıracaq.
Çin bu böyük konfransı təşkil etmək fürsətindən istifadə etməklə Yeni İpək Yolunun infrastruktur layihələrinin icrası üçün münasib şərait yaratmağa çalışır.
Çinin İpək Yolunda yerləşən ölkələrlə 2016-cı ildə bütün ticarəti, Çinin rəsmi statistikasına əsasən 913 milyard dollara çatıb.
Rusiya prezidenti Vladimir Putin Çində keçirilən İpək Yolu iclasında deyib: Bəzi qüdrətlərin avantürist çıxışları regional münaqişələrin həlli üçün artıq yararlı deyildir.
Rusiya prezidenti Avrasiya zonasının şəraitinə toxunub: Təhdid edən şəxslər açılmayan düyünlərin açılması üçün ilk öncə avantürist açıqlamalardan əl çəkməlidirlər. Çünki bu sözlər sadəcə şəraiti ağırlaşdırır.