May 16, 2017 19:41 Asia/Baku
  • OPEK-in istehsalı 535 min barrel azalıb
    OPEK-in istehsalı 535 min barrel azalıb

Beynəlxalq Enerji Agentliyi son üç ildə ən əsas azalma hesab olunan aprel ayında OPEK-in neft istehsalının gündəlik 535 min barrel azaldığını bildirib.

Röytersin verdiyi məlumata görə, Beynəlxalq Enerji Agentliyi bildirib ki, 2017-ci il üçün dünya səviyyəsində neftə tələbatın elə gündəlik 1 milyon 300 min barrel səviyyəsində qalacağı proqnoz edilir. 

Neft istehsal edən ölkələr təşkilatının OPEK üzvləri istehsalın səviyyəsinin endirilməsi çərçivəsində 2017-ci ilin əvvəlindən altı ay müddətinə neft istehsalını gündə 1 milyon 200 min barrel azaldaraq gündəlik 32 milyon 500 min barrelə endirməklə razılaşıblar. 

OPEK üzvlərinin 2016-cı il noyabrda əldə etdikləri bu razılaşmadan sonra neftin qiyməti 25 faiz artaraq hər barrel üçün 50 dollara qalxdı.

Rusiya da gündəlik 11 milyon barrel neft istehsal etməklə bu layihəyə qoşulub və OPEK üzvləri və bu təşkilata üzv olmayan neft istehsalçıları həmin razılaşmanın müddətinin uzadılması barədə müzakirələr aparırlar.  

Teqlər