May 22, 2017 13:17 Asia/Baku
  • Braziliyada geniş etiraz aksiyaları
    Braziliyada geniş etiraz aksiyaları

Braziliyanın solçu partiyaları və fəhlə sindikatları bu ölkə prezidentinin korrupsiya hallarına qarşı geniş etiraz aksiyaları keçiriblər.

İRİB-in verdiyi məlumata görə, Braziliyanın müxtəlif bölgələrində aksiyaçılar ölkə prezidenti Mişel Temerin vəzifədən kənarlaşdırılmasını və yenidən seçkilərin keçirilməsini istəyiblər. 

Ötən həftə Braziliya Ali Məhkəməsi bir şahidə istinadla bildirdi ki, Mişel Temer neçə milyard dollar rüşvət alıb amma Temer bu barədə təqdim olunan faktların saxta olduğunu deyir. 

Braziliya prezidentinin korrupsiya işinə bir videonun yayılmasından sonra başlanıldı. Həmin videoda Mişel Temer bu ölkənin keçmiş parlament sədrinə susmasının əvəzinin ödənilməsinə əmr verir. 

Braziliya prezidenti onun korrupsiyada ittiham edilməsi ilə əlaqədar təhqiqatların dərhal dayandırılmasını istəyir. 

Braziliyanın keçmiş prezidentləri Dilma Rosef və Luiz İnasio Lula Dasilvaya qarşı da korrupsiya işi açılmışdır. 

Teqlər