Almaniya Trampın İrana qarşı iddiaları ilə müxalifət edib
Almaniya ABŞ prezidentinin İran İslam Respublikasına qarşı son iddiaları ilə fərqli bir mövqedə vurğulayıb ki, İran ilə Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin dialoqlarını himayə edir.
Almaniya hökumətinin sözçüsü Stefan Zaybret dünən deyib ki, Berlin ərəb dünyası, eləcə də regionun ən mühm oyunçusu kimi İran İslam Respublikası ilə səmərəli həmkarlığın tərəfdarıdır.
Amerika prezidenti Donald Tramp bazar günü Ərriyadda sözdə islam ölkələri və Amerikanın dövlət başçılarının sammitində İranın terrorçulara sığınacaq verməsinə dair iddia irəli sürüb.
ABŞ prezidenti yalan ifadələrdə İranı regionda sabitliyin oğurlanmasında müqəssir bilib və terrorizmlə savaşı "xeyir ilə şər arasında döyüş" adlandırıb.
İran İslam Respublikası Xariri İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən Trampın bu iddialarına cavabda deyib: Amerika və onun regiondakı şərikləri bilməlidirlər ki, bu gün İran, xalq himayələrindən bəhrələnən qüdrətli, stabil və demokratik bir ölkə kimi regionda dinc yanaşı yaşama, asayiş və sülh, eləcə də dünyada ifratçılıq və zorakılıq ilə mübarizənin carçısıdır və bu ölkələrin ritorikaları ilə öz yolunu dəyişməyəcəkdir.
Amerika prezidenti özünün ilk xarici səfərində şənbə günü Ərəbistanın paytaxtı Ərriyada daxil olaraq, sözdə islam ölkələri və Amerikanın dövlət başçılarının sammitində iştirak etdi.
Ərəbistan və ABŞ başçıları bu iclasda İran İslam Respublikasını region problemlərinin bir hissəsi kimi təqdim etmək üçün çox səy göstərdilər. Bu gülünc səylər elə bir halda həyata keçirildi ki, Ərəbistan və Amerika terrorçulara hərtərəfli şəkildə dəstək verərək, Yəmən, Suriya və İraq ölkələrinin dağıntılara məruz qalmalarında məsuliyyət daşıyırlar.